logo
logo logo
logo

Polşa vətəndaşlarına xəbərdarlıq etdi

15:27 - 23 Sentyabr 2026

Polşa vətəndaşlarına xəbərdarlıq etdi

Polşanın Baş nazir müavini və xarici işlər naziri Radoslav Sikorski bölgədə artan gərginlik və ehtimal olunan fövqəladə hallara qarşı vətəndaşların evlərində ilkin tələbat malları saxlamalı olduğunu bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Sikorski özünün də evində düyü, mürəbbə və digər ləvazimatlar ehtiyatı topladığını açıqlayıb.

Bölgədə artan gərginlik və ehtimal edilən böhran ssenarilərini dəyərləndirən nazir öz hazırlıqlarından da bəhs edib. Məlumata görə, Sikorski gözlənilən hər hansı fövqəladə hal üçün evində düyü tədarük etdiyini, əl nasosu saxladığını və öz bağındakı meyvələrdən hazırladığı mürəbbələri ehtiyat kimi yığdığını qeyd edib.

O, həmçinin evinin yaxınlığındakı sığınacağın yerini bildiyini və təhlükəsizlik qaydalarına tam bələd olduğunu diqqətə çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az