logo
logo logo
logo

60 qəpikdən domino oynadılar - 3000 manat cərimələndilər 

15:21 - 23 Sentyabr 2026

60 qəpikdən domino oynadılar - 3000 manat cərimələndilər 

Goranboyda qumar oynayan şəxslər saxlanılıblar.


Manset.az xəbər verir ki, şəhərin S.Civəzadə küçəsində yerləşən çay evində qeydə alınıb.

43 və 39 yaşlı şəxslərin həmin çay evində 60 qəpikdən domino (telefon) oynadıqları müəyyən olunub. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri saxlayıb və barələrində müvafiq maddə üzrə protokol tərtib edib. 

Çay evində saxlanılan şəxslərin oturduğu masada domino oyununda qumar kimi əldə olunan ümumilikdə 5 manat 70 qəpik, həmçinin 28 ədəd domino daşı aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslər etdikləri əməldən peşman olduqlarını deyərək, barələrində yüngül cəza tədbiri seçilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə onların hər biri 3000 manat məbləğində cərimələniblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az