logo
logo logo
logo

Bərdədə avtomat silah və patronlar aşkarlandı

13:39 - 23 Sentyabr 2026

Bərdədə avtomat silah və patronlar aşkarlandı

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən ondan 1 ədəd "Kalaşnikov” markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az