“AZCON Holdinq”də yeni kadr təyinatı olub.
Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə İsmət Cəfərov qurumun Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
O, ötən ildən “AZCON Holdinq”də çalışır. Daha əvvəllər isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində, Azərbaycan Hava Yolları QSC-də, Aqrar Tədarük və Təchizat ASC-də müxtəlif vəzifələrdə işləyib.