Sevgili tapmaq üçün 10 milyon qadına şəxsi mesaj göndərdiyini deyən şəxsin hekayəsi sosial şəbəkələrdə gündəm olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, şəxsin paylaşdığı videoya görə, göndərdiyi 10 milyon mesajın təxminən 9,5 milyonu qarşı tərəfə çatıb. Təxminən 320 min nəfər onun mesajını rədd edib, 142 min nəfər isə cavab verib.
Lakin cavab almaq münasibətin başlaması demək olmayıb. Real həyatda görüşlə nəticələnən yazışmaların sayı cəmi 67 olub.
Nəticədə həmin görüşlərdən yalnız biri münasibətə çevrilib.
Şəxs videoda “Həyatımda ilk dəfə bu qədər çox Oliviya tərəfindən rədd edildim” deyərək vəziyyətə yumorla yanaşıb.
Şişirdilmiş rəqəmlər və statistik göstəricilərlə hazırlanan video ciddi sevgi hekayəsindən daha çox yumor xarakterli internet məzmunu kimi maraq doğurub.