Ermənilərin məhv etdiyi Topxana meşəsi bərpa olunacaq

11:49 - 29 Oktyabr 2021

Ermənilərin məhv etdiyi Topxana meşəsi bərpa olunacaq

"İşğaldan azad olunan ərazilərdə yerləşən və vaxtilə ermənilər tərəfindən məhv edilən Topxana meşəsi bərpa ediləcək".

Manset.az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavini bildirib ki, bunun üçün ərazidə təhlükəsizlik tədbirləri görülməlidir: "Məhşur Topxana meşəsi o vaxt ermənilər tərəfindən qırılaraq daşınmaqla yanaşı, əraziyə fosforlu mərmilər atılaraq yanğınlar törədilib. Həmin ərazilər minalardan təmizlənəndən, təhlükəsizlik təmin olunduqdan sonra, qeyd olunan meşələrin bərpasına başlanacaq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az