Azərbaycanda poliklinikalarda onlayn sistem çöküb.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sağlamlıq haqqında arayış almaq istəyən vətəndaşlar bildiriblər.
Vətəndaşların sözlərinə görə, sistemin işləməməsi səbəbindən poliklinikalarda sıxlıq yaranıb.
15 tibb müəssisəsində sözügedən problemin yaşandığı qeyd olunur.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb.