Ukrayna Rusiyanın təcavüzünü dəstəkləyən 29 fiziki şəxs və 15 təşkilata yeni sanksiyalar tətbiq edib.
Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram-da bildirib.
O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiyalar tətbiq etmək qərarını təsdiqləyən fərmanı imzaladığını qeyd edib.
Bildirilir ki, “sanksiyalar Rusiya vətəndaşlarının Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünü pozan fəaliyyətlərini, ölkəyə qarşı təşviqat aparmalarını, o cümlədən Krımın qeyri-qanuni işğalından sonra mədəniyyət dəyərlərinin qaçırılmasına dəstək vermələrinə görə” tətbiq olunub.
Məlumata görə, yeni sanksiyalar siyahısına Aleksandr Çubaryan və tarixçi Aleksey Miller də daxil edilib.