“Sentyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş və iqtisadi inkişafa həsr olunmuş müşavirədə müzakirə edilən əsas məsələlər iqtisadiyyatın daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi ilə bağlı idi. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu məsələlərin əsas hədəf olduğunu xüsusi vurğuladı”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də gələn il lazımi səviyyədə olacaq. “Cənab Prezident vacib məsələlərdən biri kimi, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyini bildirdi. Azərbaycanda mövcud olan sabitlik və proqnozlaşdırılan vəziyyət, uzun illərdir davam edən müsbət sərmayə qoyuluşu prosesi, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasına əlverişli zəmin yaradıb. Bununla belə, xarici investorların ölkəmizə olan münasibətinin daha da yaxşılaşmasına Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi faktı da böyük təsir göstərib. Vətən müharibəsində əldə olunmuş parlaq qələbə, eləcə də keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələri təbii olaraq bütün investorlara müsbət siqnal göndərmişdir və biz, dövlət başçımızın qeyd etdiyi kimi, bunun bəhrəsini indi görürük. Bakı və Sumqayıt kimi ənənəvi sənaye məntəqələri ilə yanaşı, indi azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.”
Fikirlərini davam etdirən K.Qafarov daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin ölkənin xarici borcunun azalması ilə bağlı təqdim etdiyi açıqlamalar respublika iqtisadiyyatının dinamik inkişaf etdiyini bir daha təsdiqləyir: “Məlumdur ki, hər bir ölkənin xarici borcunun ümumi daxili məhsula nisbəti iqtisadi inkişafın mühüm göstəricilərindən biridir. Bu baxımdan Azərbaycanın dünya miqyasında qabaqcıl ölkələr sırasında olması iqtisadiyyatımızın dayanıqlı və dinamik inkişafından xəbər verir. Prezident İlham Əliyev ölkəmizdə xarici borcun ümumi daxili məhsula nisbətdə cəmi 7,5 faiz təşkil etdiyini diqqətə çatdıraraq bildirdi ki, bu hal gələcəkdə daha az vəsaitin xarici borcun qaytarılmasına sərf edilməsinə imkan yaradır. Dövlətimizin başçısı gələn ilin əsas xərclərinin, ilk növbədə, ölkənin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası və digər layihələrlə bağlı olacağını da diqqətə çatdırdı. Azərbaycan öz resurslarına arxalanan güclü və müstəqil iqtisadiyyata sahibdir ki, bu da ölkəmizin müstəqil xarici siyasət aparmasına imkan verir” .
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”- Kamaləddin Qafarov
10:45 - 28 Sentyabr 2024

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

İlham Əliyevin Çinə səfəri başa çatdı - FOTOLAR

Putin Zelenskini Moskvaya dəvət etdi

Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı - VİDEO

Prezidentlə xanımı paradı izlədi - FOTO/VİDEO

"Azərbaycan-Çin münasibətləri tarixinin ən yüksək səviyyəsindədir"

İlham Əliyevdən qardaş salamı - VİDEO

Prezident və xanımı Pekində ziyafətdə iştirak etdi

İlham Əliyevlə Putinin salamlaşma anı - VİDEO

Prezidentlə Pezeşkianın azərbaycanca səmimi dialoqu - Video

Prezidentdən Çin səfəri ilə bağlı PAYLAŞIM

Livanlı muzdlu terrorçunun aclıq aksiyası keçirməsi xəbəri yalandır

Pekin İlham Əliyevi qarşılamağa belə hazırlaşdı - VİDEO
Xəbər xətti
- 04 Sentyabr 2025
- 08:00 "WhatsApp"dan mesaj silinməsi ilə bağlı YENİLİK
- 01:30 Makron villasını bu qiymətə satdı
- 00:30 Arıqlamaq üçün detokslar - Doğru bildiyimiz yanlışlar
- 03 Sentyabr 2025
- 23:59 Maşın piyadanı vuraraq öldürdü - Ucarda bədbəxt hadisə
- 23:21 Bu gün toyu olan ailənin evi yandı
- 22:56 Ukrayna Putinin Moskvada görüşmək təklifini qəbul etmədi
- 22:47 Bu ərazilərdə qaz kəsiləcək - Sakinlərin diqqətinə
- 22:26 Azərbaycanda ağır QƏZA: Ölən var - FOTO
- 21:54 Əfqanıstanda zəlzələ - Ölənlərin sayı artdı
- 21:26 "Əgər bu toy baş tutsaydı, həbslər olacaqdı" - Elşad Hacıyev
- 20:58 AFFA bu klubları yüksək məbləğdə cərimələdi
- 20:24 Tramp yaxın günlərdə Putinlə telefonla danışacaq
- 19:54 İlham Əliyevin Çinə səfəri başa çatdı - FOTOLAR
- 19:38 Bakıda külək güclənəcək
- 19:24 Skuter sürənlərə XƏBƏRDARLIQ - Bu halda CƏRİMƏLƏNƏCƏKSİNİZ
- 19:11 "Benfika" - "Qarabağ" matçına biletlərin QİYMƏTİ
- 18:32 Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlandı
- 18:17 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
- 18:00 Vüqar Əhmədov Şirvanda vətəndaşları qəbul etdi
- 17:45 Putin Zelenskini Moskvaya dəvət etdi
- 17:24 Qurban Qurbanov onun adını siyahıya niyə salmadı?
- 17:10 Qadınların şəxsi məlumatlarını ələ keçirən şəxs həbs olundu
- 16:50 Samirə Mustafayeva efirə qayıdır - VİDEO
- 16:30 İlham Rəhimova sanksiya tətbiq edildi
- 16:19 Pezeşkian Çin Sədrinin xanımı ilə belə salamlaşdı - VİDEO
- 16:09 Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
- 16:03 Azərbaycan Radiosunun binası söküləcək
- 15:53 "Qarabağ"ın Çempionlar Liqasına aparacağı HEYƏT
- 15:49 Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
- 15:39 Prezidentlə xanımı paradı izlədi - FOTO/VİDEO
- 15:30 "Azərbaycan-Çin münasibətləri tarixinin ən yüksək səviyyəsindədir"
- 15:23 Müəmma: Transfer pəncərəsi bitsədə "Qalatasaray" daha bir transferə imza atdı
- 15:06 Alimlər böyrək damarlarını qoruyan mikroRNT kəşf etdi
- 14:58 Pəncabda daşqın faciəsi - On minlərlə insan təxliyə olundu
- 14:56 Bakıda 26 min manatlıq dələduzluq - 3 nəfər tutuldu
- 14:51 Dəməşqdə hərbi bazada partlayış baş verdi
- 14:39 Bu ölkədə 14 yaşdan kiçik qızların hicab taxması qadağan ediləcək
- 14:35 Azərbaycanda 17 yaşlı qızın toyu təxirə salındı
- 14:32 Qəzzada aclıqdan ölənlərin sayı 367-yə çatdı
- 14:27 Britaniya 16 yaşdan aşağı uşaqlara enerji içkilərini qadağan etdi
- 14:16 İsrail ordusu Livandakı BMT sülhməramlılarına hücum etdi
- 13:52 Bu universitetə yeni rektor təyin edildi - FOTO
- 13:40 ŞƏT forumunda Zəngəzur dəhlizi mesajı
- 13:23 Sabahdan hava dəyişir - Şimşək, yağış, külək...
- 13:06 Azyaşlını qovan uşaq bağçasının müdiri işdən çıxarıldı
- 12:54 Dubaydan Bakıya 10 qızıl külçə gətirdi - FOTO
- 12:51 Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
- 12:39 İtaliyada təyyarə qəzası - Ata və qızı həlak oldu
- 12:30 Toy faciəyə çevrildi – Bəy infarktdan öldü
- 12:14 “Telegram”la bağlı əhaliyə XƏBƏRDARLIQ
- 12:09 Naxçıvanda yaşayanların NƏZƏRİNƏ

