Kamaləddin Heydərov yüksək vəzifəli şəxsi işdən çıxardı - Yeni Təyinat

11:22 - 10 Noyabr 2021

Kamaləddin Heydərov yüksək vəzifəli şəxsi işdən çıxardı - Yeni Təyinat

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Yaşar Abbasovu oktyabrın 18-də vəzifəsindən azad edib.

 

Manset.az xəbər verir ki, K.Heydərovun müvafiq əmri ilə, bu vəzifəyə Hikmət Məmmədov təyin olunub.

 

Qeyd edək ki, polkovnik H.Məmmədov uzun illər Dövlət Gömrük Komitəsində çalışıb. Balakən gömrük-keçid məntəqəsinin rəisi vəzifəsində də işləyib. O, 4 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix və Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirib. 

 

qaynarinfo.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az