Abşeron rayonun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınmışdır.
Manset.az xəbər verir ki, ərazinin monitorinqləri zamanı rayonun Masazır, Görədil, Hökməli və Saray qəsəbələrində qanunvericiliyin tələblərini pozmaqla həyata keçirilən müxtəlif tipli tikinti-quraşdırma işləri aşkar olunmuşdur. Yerli səviyyədə həyata keçirilən nəzarət zamanı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq aparılan daimi reydlər zamanı aşkarlanan, ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunmuş torpaq sahələrində, kommunikasiya xətlərinin mühafizə zolaqlarında tikinti işlərinin aparılması kimi faktlarla əlaqədar hüquq-mühafizə orqanlarına məlumatlar verilmişdir və inşa işləriu dayandırılmışdır.
O cümlədən Masazır kəndində
“Qurtuluş-93” Yaşayış Kompleksində binanın 1-ci mərtəbəsində və zirzəmilərində torpaq
qatının çıxarılması, mişar daşlarından olan hörgünün sökülməsi, eləcə də qanunvericiliyə
uyğun olmayan tikinti-quraşdırma işlərinin aparılması aşkar olunmuşdur. Qeyri-qanuni
fəaliyyətlər müəyyən olunduqdan sonra həyata keçirilən işlər Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi, Fövqəlada Hallar Nazirliyi və Abşeron Rayon İcra
Hakimiyyəti tərəfindən dayandırılmış, qanunsuz işlər aktlaşdırılaraq müvafiq
qurumlara lazimi tədbirlərin görülməsi ilə bağlı müraciətlər edilmişdir.