Belarus Prezidenti Aleksandr Lukaşenko bu birliklərdə konkret qərarların olmaması səbəbindən BRICS və ŞƏT-i tənqid edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belarus Şanxay Əməkdaşlıq Təşkilatına iyulun əvvəlində, Astanada ŞƏT Dövlət Başçıları Şurasının iclasında belə bir qərar verildiyi vaxt üzv olub.
BRICS-ə hazırda Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı daxildir. Belarus assosiasiyada tərəfdaş dövlət statusuna malikdir.