Villası olan Əməkdar artist kirayədə yaşayır - MÜƏMMA

14:46 - 12 Noyabr 2021

Villası olan Əməkdar artist kirayədə yaşayır - MÜƏMMA

"Bəli, villam var. Bu haqda danışmaq istəmirəm. Sonra millət bilrsiniz nə deyir? Deyirllər efirdə çıxıb ağlayırlar. Ehtiyac yoxdur. Heç nəyə ehtiyac yoxdur. Başqa şeylərdən danışaq".

 

Manset.az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Həmin Zaur" verilişinə qonaq olarkən deyib. Zaur Əməkdar artistdən evi olduğu halda niyə kirayədə yaşadığını soruşub.

Sənətçi bu haqda danışmağdan boyun qaçırıb. Aparıcı Ruhəngiz haqqında "Vaxtilə toylara ən çox dəvət olunan və yaxşı toy aparan müğənnilərdən biri olub" sözlərini deyib.

Bundan sonra Kamal ondan indiyə qədər qazandığı pulları hara xərcləməsini soruşub. Bunun cavabında isə Ruhəngiz Allahverdiyeva pullarını övladlarının təhsilinə və səhnə geyimlərinə xərclədiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az