“Beynəlxalq hüququ və milli ləyaqətimizi bərpa etdik” - İlham Əliyev

16:44 - 12 Noyabr 2021

“Beynəlxalq hüququ və milli ləyaqətimizi bərpa etdik” - İlham Əliyev

“Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın işğaldan azad olunmasını sevinclə və qürurla qeyd etdi. Biz təxminən 30 illik işğala son qoyduq”.

Manset.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

“Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağız üzərində qalan qətnamələri yerinə yetirdik, icra etdik. Tarixi ədaləti bərpa etdik. Beynəlxalq hüququ bərpa etdik. Milli ləyaqətimizi bərpa etdik”, - Prezident vurğulayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az