21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Norveçlə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət edilib.
Manset.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Zirə”nin üzvü Cəlal Hüseynov hazırlıq prosesinə qoşulub.
Qeyd edək ki, noyabrın 16-da, Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.