“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Müstəqillik Günü münasibətilə Azərbaycana səfər edəcək”.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında məlumat yayıb.
O qeyd edib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçiriləcək görüş zamanı iki ölkə arasında münasibətlər, həmçinin cari regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.
“Bununla yanaşı, Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü”nün ikinci iclası da keçiriləcək. Prezident Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək”, - deyə F.Altun qeyd edib.