Bu şəxslərə diplomatik pasport verilə bilər

14:34 - 30 May 2025

Bu şəxslərə diplomatik pasport verilə bilər

  • Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini və katiblərinə diplomatik pasport verilə bilər.


Manset.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, ötən iclasda həmkarı Fazil Mustafa MSK-nın sədr müavinini və katiblərinə diplomatik pasport verilməsini təklif edib.

Əli Hüseynli qeyd edib ki, bu təklif əsaslandırılıb: "Bunu qanunvericilik təşəbbüsü qurumu ilə məsləhətləşəcəyik".

Qeyd edək ki, ötən plenar iclasda parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa MSK-nın sədr müavini və katiblərinə diplomatik pasport verilməsini təklif edib.(APA)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az