“Mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşünün keçirilməsi ölkələrimiz və xalqlarımız arasında olan dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının daha bir nümayişidir. Bu mühüm və mötəbər tədbirin 30 illik erməni işğalından sonra yenidən qurulan və sürətlə dirçələn Laçında təşkil olunması isə xüsusi siyasi və mənəvi önəm daşıyır”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, vurğulayıb ki, sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin öz çıxışlarında səsləndirdikləri fikirlər də bu üç qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu. “Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, ölkələrimizin və xalqlarımızın bir-birinə bağlılığının əsasında birgə tarix, mədəniyyət və ortaq mənəvi dəyərlərin durması da əsil qardaşlıq münsibətlərinin formalaşmasını şərtləndirən ən mühüm amillərdən biridir. Bu üç qardaş ölkə daim bir-birinin yanında olub və bu gün də yanındadır. Azərbaycan xalqı 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi əsla heç zaman unutmayacaq. Azərbaycan da hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub. Türkiyədə PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir və Azərbaycan buna ən çox sevinən ölkələrdən biridir. Azərbaycan Pakistan və Hindistan arasında bu yaxınlarda yaşanmış son gərginliyi böyük narahatlıqla izləmiş və ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə etmişdir.”
K.Qafarov daha sonra Azərbaycan, Türkiyə və Pakistan arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb: “Cənab Prezident İlham Əliyev Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu və Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazır olduğunu bəyan etməklə iqtisadi əlaqələrin genişləndirilməsi zərurətini, eləcə də bunun üçün böyük imkanlar olduğunu diqqətə çatdırdı. Xüsusilə müdafiə sahəsində əməkdaşlığın ölkələrimiz arasında tərəfdaşlığın önəmli istiqamətlərindən biri olduğu qeyd edildi. Əlbəttə birgə hərbi təlimlər və hərbi-texniki sahədə həyata keçirilən layihələr hər üç ölkənin silahlı qüvvələrinin güclənməsinə xidmət edir. Bu çox mühüm bir amildir. Çünki Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı kifayət qədər böyük bir coğrafiyada sülhün və sabitliyin qorunmasını təmin edir”.
“Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir”
11:25 - 31 May 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

"Onsuz da Azərbaycan neftinə tələbat yüksəkdir" - Azay Quliyevdən Hindistana sərt reaksiya

Parlamentin növbədənkənar iclası keçirilir - Gündəlikdə 7 məsələ var

Bakıda beynəlxalq konfrans keçirilir

Prezidentə maraqlı hədiyyələr təqdim edildi - FOTO

Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yollandı

İlham Əliyevdən millimizin qələbəsi ilə bağlı PAYLAŞIM

"Qarabağda inkişaf səfərbərliyi gedir" - Ərdoğan

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

"Qələbələr Azərbaycana yaraşır" - İlham Əliyev

Prezidentdən mühüm SƏRƏNCAM

İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edtdi
Xəbər xətti
- 03 İyun 2025
- 13:57 Bill Qeyts sərvətini bu işlərə xərcləyəcək
- 13:44 Dünyaca tanınmış autizm mütəxəssisi Azərbaycana gəlir - VİDEO
- 13:28 Məşhur aktyor qonşusu tərəfindən öldürüldü - FOTO
- 13:28 İlham Əliyev Tokayevi təbrik etdi
- 13:20 Bakıda bu şokoladın qiyməti 856 manatdır - VİDEO
- 13:11 Azərbaycan saatlıq əməkhaqqına keçir - Layihə hökumətə təqdim edildi
- 13:01 Trampın İranla bağlı açıqlaması - "Biz buna icazə verməyəcəyik"
- 13:00 Prezidentdən mühüm SƏRƏNCAM
- 12:56 Fil supermarketə girərək qəlyanaltıları yedi - VİDEO
- 12:55 Leysan, dolu, qar yağacaq - Sabahın havası
- 12:43 ADU-nun tələbəsi “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi oldu - FOTOLAR
- 12:42 Abonentlər yeni qərara görə “Azercell”i boykot edir
- 12:41 Bu konfetlər geri çağırıldı – Tərkibində narkotik maddə aşkarlandı
- 12:35 Britaniya Abramoviçi məhkəməyə verməyə hazırlaşır
- 12:24 Sabir Rüstəmxanlı mina zərərsizləşdirdi - VİDEO
- 12:17 Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - VİDEO
- 12:11 PSJ 8 futbolçunu transfer siyahısına saldı
- 12:01 Məhkəmə onlar barəsində QƏRAR VERDİ
- 11:57 "Onsuz da Azərbaycan neftinə tələbat yüksəkdir" - Azay Quliyevdən Hindistana sərt reaksiya
- 11:41 "Azəriqaz" İB Qarabağ RQİİ-də görülən işlərlə tanış oldular - FOTOLAR
- 11:31 Kömək gözləyən dinc sakinlərə hücum - 27 ölü, 90-dan çox yaralı
- 11:29 Azərbaycanda bu şəxslərə 1600 manat müavinət verilir
- 11:18 Parlamentin növbədənkənar iclası keçirilir - Gündəlikdə 7 məsələ var
- 11:05 Osimhen “Əl-Hilal” klubu ilə razılığa gəldi? – İllik 30 milyon avro
- 10:53 AZAL Təbrizə birbaşa uçuşlar açır - Tehrana reyslərin sayı artır
- 10:51 Gənc futbolçu vəfat etdi - FOTO
- 10:45 "Neft-qaz sektoru yüksək inkişaf səviyyəsinə çatıb"- Deputat
- 10:32 Qudasının arvad-uşağını BALTALADI - Gəncədə DƏHŞƏT
- 10:18 Onlar universitetə imtahansız qəbul olacaqlar
- 10:07 Güclü külək nə vaxt dayanacaq?
- 10:02 İdmançılarla dolu avtobus qəzaya düşdü - Ölən var
- 09:44 Bakıda beynəlxalq konfrans keçirilir
- 09:40 Bakıda cəzaçəkmə müəssisəsinin damı uçdu: Məhkum öldü - VİDEO
- 09:27 “Yeni təkər bazarı” yanır - VİDEO
- 09:25 Türkiyədə güclü zəlzələ - Ölən və yaralılar var
- 09:11 TikTok fenomeni faciəvi şəkildə həlak oldu - VİDEO
- 09:00 Hazırda bu yollarda tıxac var
- 08:30 Yeni dələduzluq üsulu: QR kodlarla aldadırlar - XƏBƏRDARLIQ
- 08:00 "Qarabağ"ın futbolçusu millimizdən çıxarıldı - SƏBƏB
- 01:30 "Ukrayna tam atəşkəs tələb edir" - Zelenski
- 00:30 Makronun heykəli oğurlandı
- 02 İyun 2025
- 23:23 Mayis Bərxudarova AĞIR İTKİ - FOTO
- 23:04 Prezidentə maraqlı hədiyyələr təqdim edildi - FOTO
- 22:47 Abşeronda məktəblilər arasında mübahisə - Xəsarət alan var
- 22:31 Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yollandı
- 22:14 Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- 22:04 Azərbaycanda DƏHŞƏT - 2 məktəblini maşın vurdu
- 21:43 Bakıda baş verən yanğın söndürüldü
- 21:21 Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı
- 20:42 İlham Əliyevdən millimizin qələbəsi ilə bağlı PAYLAŞIM
- 20:36 Laçında “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin açılışı olacaq - FOTOLAR

