Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

19:55 - 04 İyun 2025

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələri (NB8) nümayəndələri ilə görüşüb.


Manset.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bizim qlobal və regional məsələlər, eləcə də ikitərəfli gündəm üzrə çox səmərəli dialoqumuz oldu. Müxtəlif sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün geniş imkanlar və qarşılıqlı maraq mövcuddur", - deyə Hikmət Hacıyev bildirib.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv