“İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi çoxdandır təkcə regional anlamda deyil, eləcə də qlobal miqyasda enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri hesab olunur”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, qeyd edib ki, tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. “Mərasimdə çıxış edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşıb və bu gün artıq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib.”
Deputat fikirlərini davam etdirərək ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı cənab Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamaların əhəmiyyətini vurğulayıb: “Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Bu kontekstdən yanaşdıqda, təbii ki, ölkənin işğaldan azad olunmuş ərazilərinin “yaşıl enerji” zonası kimi inkişaf etdirilməsinin də dayanıqlı enerji strategiyasının əsas istiqaməti olduğunu görmək olar. Təsadüfi deyil ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün ölkəmizin əsas prioritetləri kimi müəyyən edilib. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Əbəs yerə deyil ki, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə də fəal danışıqlar aparılır. Buna baxmayaraq, ölkəmizin yaşıl enerji gündəliyi də kifayət qədər genişdir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyur və bu da dövlətimizin məsuliyyətini nümayiş etdirir”.
“Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir” - Kamaləddin Qafarov
10:56 - 06 İyun 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
20 Oktyabr 2026 - 15:12
"Bu həm də kollektivimizə verilən dəyərdir " - “Azəristiliktəchizat” ASC-nin sədri
20 Oktyabr 2026 - 14:18
""44" filmində hər şey çox gözəldir" - Kəmaləddin Heydərov
20 Oktyabr 2026 - 13:38
Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?
20 Oktyabr 2026 - 09:26
Tanınmış meyxanaçı vəfat etdi - FOTO
20 Oktyabr 2026 - 11:55
Oktyabr ayının pensiya ödənişləri yekunlaşdı
20 Oktyabr 2026 - 11:44
Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı
20 Oktyabr 2026 - 15:23
General Zeynalovla kapitanın “şabalıd davası” bitdi - 10 ildən çox…
20 Oktyabr 2026 - 12:45
Kamran Əliyevdən yeni TƏYİNATLAR
20 Oktyabr 2026 - 13:24
Pedaqoji universitetdən BİABIRÇI GÖRÜNTÜLƏR - Tələbələr danışdı (VİDEO)
20 Oktyabr 2026 - 12:01
Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq
20 Oktyabr 2026 - 08:00
Daha uzun yaşamaq istəyənlər üçün maraqlı araşdırma
21 Oktyabr 2026 - 00:04
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
Xəbər xətti
- 21 Oktyabr 2026
- 01:30 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir
- 00:04 Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 6 il ötür
- 20 Oktyabr 2026
- 23:53 Bakıda kişi küçədə öldü
- 23:46 “Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
- 23:39 Sabah bu yol bağlı olacaq - Sürücülərin DİQQƏTİNƏ
- 23:26 Bakıda yaşayış binasında YANĞIN: Sakinlər təxliyə edildi - FOTO
- 23:16 Bakıda 2 nəfəri əqrəb SANCDI
- 22:52 Bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
- 22:35 "Sabah" "Borussiya"ya məğlub oldu - YENİLƏNİB
- 22:29 Naxçıvanda AĞIR QƏZA - Azyaşlı öldü, çox sayda yaralı var
- 22:17 Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərslərindən FOTOLAR
- 21:53 Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı
- 21:32 "Rusiya siyasi güzəştə getməyəcək" - Lavrov
- 21:16 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirdi - FOTO
- 20:51 Azad Zəngilanda ilk Şəhər Günü - FOTOLAR
- 20:31 Bu ərazilərdə su olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 20:14 "Hörmüz boğazında neft tankeri yandı" - SEPAH
- 19:52 “Sabah” “Borussiya”ya qarşı - Start heyətlər
- 19:33 Qaxda şagird məktəbdə xəsarət aldı - Sinif yoldaşı şübhəlidir
- 19:32 Zelenski və Uitkoffun görüşü başladı
- 19:16 Fransaya səfərlə bağlı XİN-dən xəbərdarlıq
- 18:53 Prezidentin qızı Aşqabadda Milli Türkmən Xalçası Muzeyində - FOTOLAR
- 18:44 Mingəçevirdə 3 maşın toqquşdu - Yaralılar var
- 18:29 Leyla Əliyeva MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisində - FOTOLAR
- 18:12 Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi
- 17:59 "Qarabağ" və "Neftçi" Azərbaycan derbisində yaşananlara görə cərimələndi
- 17:54 "Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” adlı tədbir keçirildi - FOTOLAR
- 17:48 Qonşunu öldürüb həyətdə basdırmışdılar - Həmin ailəyə 53 il iş istənildi...
- 17:43 Güclü meteor yağışı gözlənilir
- 17:40 Sabah bu yol bağlı olacaq - XƏBƏRDARLIQ
- 17:34 “AzerGold” və Asiya İnkişaf Bankı əməkdaşlıq imkanlarını müzakirə etdi - FOTOLAR
- 17:26 “Sabah” Gənclər Liqasında “Borussiya”ya uduzdu
- 17:18 "Ramiz Mehdiyev məhkəmədə dediklərimi təsdiq etdi" - Eldar Namazov
- 17:12 Vens Netanyahuya dəstək verməkdən yayındı
- 17:10 Qaxda məktəbdə şagird sinif yoldaşına xəsarət yetirdi
- 17:03 Masallıda çağırışçılar hərbi xidmətə xüsusi mərasimlə yola salındı - FOTOLAR
- 16:55 “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olundu
- 16:47 Hikmət Hacıyev İsveç səfirilə görüşdü
- 16:39 Həkimə müraciət etmək yerinə "ChatGPT"yə yazdı - Xəstəxanalıq oldu
- 16:32 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu - CƏDVƏL
- 16:25 Bu Anlaşma Memorandumu təsdiq edildi
- 16:20 She’s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı
- 16:13 Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki səfirini qəbul etdi - FOTOLAR
- 16:05 Nəsimi Musayevin saxlanılma anı - VİDEO
- 15:58 Mədəniyyət Nazirliyinin tabeliyində yeni Kompleks yaradılır - SƏRƏNCAM
- 15:57 Bu ərazidə 6,3 ballıq zəlzələ oldu
- 15:55 Qarabağ Milli Parkı yaradılır - SƏRƏNCAM
- 15:49 Azərbaycan klubu avrokubok oyunu üçün səfərə gedə bilmədi - Səbəb
- 15:42 Avtobus ağır qəzaya uğradı - 13 nəfər öldü, 40 nəfər yaralandı
- 15:37 Polşada bomba həyəcanı - 3 min nəfər təxliyə edildi
- 15:32 Azərbaycanda polkovnik-leytenant və mayor məhkəmə zalında həbs edildilər