“İyunun 2-də paytaxtımızda start götürmüş Bakı Enerji Həftəsi çoxdandır təkcə regional anlamda deyil, eləcə də qlobal miqyasda enerji sahəsində ən önəmli beynəlxalq platformalardan biri hesab olunur”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, qeyd edib ki, tədbir çərçivəsində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi - “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi - “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi keçirilib. “Mərasimdə çıxış edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, “Bakı Enerji Həftəsi” öz zəngin ənənəsinə və innovasiyaya açıqlıq prinsipinə sadiq qalaraq beynəlxalq dialoqun dərinləşməsinə, yeni tərəfdaşlıqlar qurulmasına və faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verəcək. Dövlət başçımızın çıxışında qeyd olunduğu kimi, “Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşıb və bu gün artıq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilib.”
Deputat fikirlərini davam etdirərək ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı cənab Prezident İlham Əliyevin çıxışında yer almış açıqlamaların əhəmiyyətini vurğulayıb: “Cənab Prezident öz çıxışında bir daha xatırlatdı ki, uğurlu strateji yanaşmalar enerji sektorunda Azərbaycanın davamlı inkişafı üçün yeni imkanlar yaradır. Bu kontekstdən yanaşdıqda, təbii ki, ölkənin işğaldan azad olunmuş ərazilərinin “yaşıl enerji” zonası kimi inkişaf etdirilməsinin də dayanıqlı enerji strategiyasının əsas istiqaməti olduğunu görmək olar. Təsadüfi deyil ki, enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün ölkəmizin əsas prioritetləri kimi müəyyən edilib. Bu gün Avropanın enerji təhlükəsizliyində ən önəmli və aparıcı rolu hələ də məhz təbii qaz təchizatı oynayır. Buna görə də Azərbaycanın bu qitədə enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Əbəs yerə deyil ki, hazırda enerji təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan qazına ehtiyacı olan bir sıra dövlətlərlə də fəal danışıqlar aparılır. Buna baxmayaraq, ölkəmizin yaşıl enerji gündəliyi də kifayət qədər genişdir. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyur və bu da dövlətimizin məsuliyyətini nümayiş etdirir”.
“Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir” - Kamaləddin Qafarov
10:56 - 06 İyun 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı

Paşinyan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycan enerji arenasında liderdir" - Pərvanə Vəliyeva

“Onunla görüşməyi özümə yaraşdırmıram” - Şeyx

Prezidentdən Qurban bayramı ilə bağlı PAYLAŞIM

Monteneqro lideri İlham Əliyevi təbrik etdi

ATƏT-in mühüm Konfransında Azərbaycan nümunəvi ölkə kimi təqdim edildi

Ceyhun Bayramov rusiyalı diplomatları qəbul etdi

İlham Əliyevin multivektorluğu, praqmatizmi və diplomatik məharəti

Azərbaycan həm enerji bazarında, həm də beynəlxalq diplomatiyada məsuliyyətli aktordur

Prezident bu qanuna dəyişiklik etdi

Prezident əməkdaşlıq sazişini təsdiqlədi
Xəbər xətti
- 07 İyun 2025
- 00:30 Restoranda bunu yeyənlər 2 dəfə düşünməlidi
- 06 İyun 2025
- 23:59 "Oyunçularım nələr istədiyimi bilirlər" - Fernandu Santuş
- 23:38 Bakıdan rayona gedən ailə ŞOK yaşadı - VİDEO
- 23:27 Azərbaycanda şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı
- 23:14 Çoxmərtəbəli binalar təbii qazla təmin olunmaya bilər - VİDEO
- 23:04 “Tottenhem” Postekoğlunu istefaya göndərdi
- 22:50 Azərbaycan ərazisinə keçmiş 2 erməni Ermənistana qaytarıldı
- 22:33 Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı
- 22:08 “Bu gözlənilən problem idi”
- 21:57 Zelenski Trampla görüşmək niyyətindədir
- 21:39 "Cəhənnəm" istisi bu ölkəni məhv edəcək - XƏBƏRDARLIQ
- 21:13 Cənubi Koreyanın Prezidenti Donald Trampla qolf oynayacaq
- 20:49 Ümumdünya Ətraf Mühit Günü qeyd olundu - FOTOLAR
- 20:24 Millimiz Qazaxıstanı məğlub etdi
- 20:21 Azərbaycan və gürcü aktyorları bir səhnəni bölüşdülər - FOTOLAR
- 19:59 Tramp öz “Tesla”sını satmağı planlaşdırır
- 19:50 9-cu mərtəbədən yıxılan 2 yaşlı uşaq sağ qaldı
- 19:41 Yamal son 112 ildə ilk belə futbolçudur
- 19:37 Paşinyan Azərbaycan xalqını təbrik etdi
- 19:25 Rusiya İlon Maska siyasi sığınacaq təklif etdi
- 19:16 45 yaşlı qadın evində ölü tapıldı
- 19:05 Bakıda insanları ən çox öldürən XƏSTƏLİKLƏR
- 18:55 Lotereyadan 40 milyon dollar uddu - Stomatoloqda öldü
- 18:42 Rusiya Krım körpüsündə hərəkəti dayandırdı
- 18:19 Qurban bayramında rayonlara turist axını - Kirayə evlərin QİYMƏTİ
- 18:06 "Ağlını itirmiş adamla danışmaq istəmirəm" - Tramp
- 17:54 Bu yollarda diqqətli olun - Sürücülərin NƏZƏRİNƏ
- 17:42 Su ehtiyatlarının idarə olunmasında peşəkar kadrların hazırlanması davam edir
- 17:32 Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata
- 17:17 Bakıdakı ticarət mərkəzində parkinq qiymətləri qalxdı
- 17:04 Kremldən Tramp-Mask qarşıdurmasına REAKSİYA
- 16:35 Azərbaycanda bu ərazidə evlər pulsuz təmir ediləcək - Milyonlarla pul ayrıldı
- 16:25 Tovuzda ailə FACİƏSİ - Ana öldü, qızı yaralandı
- 16:05 "Bavariya" qapıçısı ilə müqaviləni uzadır
- 15:50 Bu gün bu avtobuslar ödənişsiz olacaq
- 15:20 Faciəvi şəkildə ölən Ramalın 3 ildən sonra övladı olacaqmış - TƏFƏRRÜAT/VİDEO
- 15:11 Ərdoğandan Ukrayna-Rusiya və Suriya MESAJI
- 14:45 Tom Kruz Ginnesin Rekordlar Kitabına düşdü - VİDEO
- 14:33 Məşhur futbolçuya “Cəngavər” fəxri adı veriləcək
- 14:24 Bu ixtisaslara qəbul olmaq asandır - SİYAHI
- 13:56 Bu məlumatları paylaşmayın - Əhaliyə MÜRACİƏT
- 13:39 İran Çindən ballistik raket üçün komponentlər sifariş etdi
- 13:29 "İnter"in yeni baş məşqçisi məlum oldu
- 13:05 Bir gündə kartlardan 8 min manat oğurlandı
- 12:49 Ər 18 yaşlı arvadının başını kəsdi - Ağstafada DƏHŞƏT
- 12:12 Sabah hava necə olacaq?
- 12:06 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA
- 12:00 Şuşada bayram namazı qılındı
- 11:49 "Azərbaycan enerji arenasında liderdir" - Pərvanə Vəliyeva
- 11:35 Avtomobillər toqquşdu: Sürücü maşında sıxılı qaldı - VİDEO
- 11:14 Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ - FOTO

