“Ciddi şəkildə narahatıq” - Rəsmi Bakı

11:39 - 13 İyun 2025

“Ciddi şəkildə narahatıq” - Rəsmi Bakı

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb.


Manset.az  xəbər verir ki, bəyanatda deyilir:

“İsrail Dövləti tərəfindən İranın ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq.

Tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırırıq. 

Mülki əhalinin və obyektlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini xüsusi olaraq vurğulayırıq.

Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq məqsədilə diplomatik yollarla təmasların və müvafiq beynəlxalq mexanizmlər çərçivəsində səylərin davam etdirilməsi əhəmiyyət kəsb edir”.  


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az