İlham Əliyev Türkiyəyə gedir

15:35 - 18 İyun 2025

İlham Əliyev Türkiyəyə gedir

Türkiyə Prezidenti Administrasiyasının idarə rəhbəri Fahrettin Altun sosial media hesabında paylaşım edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2025-ci il iyunun 19-da Türkiyəyə rəsmi səfər edəcək.


Manset.az xəbər verir ki, səfər çərçivəsində, 2023-cü ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraş şəhərində inşa edilən “Azərbaycan Mahallesi” adlı daimi yaşayış kompleksinin açılış mərasimi keçiriləcək. Açılışda hər iki ölkənin prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər.

Səfər zamanı, Türkiyə və Azərbaycan arasında mövcud münasibətlər, həmçinin aktual regional proseslər barədə fikir mübadiləsinin aparılması da nəzərdə tutulur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az