“Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti isə xüsusi önəm daşıyır”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır. “Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri də mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, həmin tarixdə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü keçirilib.”
K.Qafarov bildirib ki, Türkmənbaşı Sammitində əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaq: “ Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bir çox məsələlərdə ölkə rəhbərlərinin mövqeləri üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunu türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimi qiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə olacaq.”
K.Qafarov Özbəkistanla dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyevin bəyanatında Azərbaycan-Özbəkistan əlaqələrinin səmimi dostluq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olundu. Dövlətimizin başçısı bu gün Xankəndidə Özbəkistanın inşa etdiyi böyük tikiş fabrikinin fəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycana- dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Özbəkistanın ilk qardaşlıq hədiyyəsi isə, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası olmuşdur. Əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi dostluq və qardaşlıq münasibətləri əsasında inkişafda olacaq və hər üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir”.
“Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”
14:26 - 25 Avqust 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
21 Oktyabr 2026 - 19:46
Ərdoğan İlham Əliyevə zəng etdi
21 Oktyabr 2026 - 17:18
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
21 Oktyabr 2026 - 23:43
Leyla Əliyeva Əminə Ərdoğanla bir arada - FOTOLAR
21 Oktyabr 2026 - 13:28
Azərbaycanın sabiq deputatı qəfil vəfat etdi - FOTO
21 Oktyabr 2026 - 11:03
Bakının mərkəzində restoran yandı - VİDEO
21 Oktyabr 2026 - 11:25
Pensiya ilə bağlı YENİLİK - Bu şəxslərə aylıq əlavə veriləcək
21 Oktyabr 2026 - 17:45
Bu marşrutların hərəkət sxemi dəyişdirildi
21 Oktyabr 2026 - 10:14
Qaxda 2 dost məktəbli qıza təcavüz etdi - Təfərrüat
21 Oktyabr 2026 - 12:52
Sabah rayonlarda yağış yağacaq - PROQNOZ
21 Oktyabr 2026 - 12:28
"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü
21 Oktyabr 2026 - 09:45
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
21 Oktyabr 2026 - 10:29
Çempionlar Liqasında bugünkü OYUNLAR
Xəbər xətti
- 22 Oktyabr 2026
- 08:30 D vitamini hansı qidalarda var? - Araşdırma
- 08:00 Qara zirə yağının faydaları
- 01:30 Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Xəbərdarlıq
- 00:30 Yamalın üzünə kəllə vuran futbolçu cəzalandırıldı
- 21 Oktyabr 2026
- 23:54 Kiyevə raket hücumu - Hava həyəcanı elan edildi
- 23:43 Leyla Əliyeva Əminə Ərdoğanla bir arada - FOTOLAR
- 23:29 Bakıda evi ilanlar basıb - VİDEO
- 23:15 “Qalatasaray” Fransadan qalib qayıdır
- 22:51 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 22:33 Efiopiyada PUA zərbəsi nəticəsində ölənlər var
- 22:14 Uitkoff Putinlə görüşü konstruktiv adlandırıb
- 21:52 Biləsuvarda 17 yaşlı qızın meyiti tapıldı
- 21:33 Regional Su Meliorasiya QSC-də yeni təyinatlar - FOTO
- 21:16 3671 manatlıq ətir və kosmetika apardı - Gəncə Mall-da oğurluq
- 20:59 XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimindən - FOTOLAR
- 20:46 Leyla Əliyeva Səmərqənddə reabilitasiya mərkəzində - FOTOLAR
- 20:33 “Fənərbaxça”da ciddi itkilər var
- 20:14 Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
- 19:52 Bakıda 25 il əvvəl qadını öldürən şəxs saxlanıldı
- 19:46 Ərdoğan İlham Əliyevə zəng etdi
- 19:31 Leyla Əliyeva Beynəlxalq Konqresdə çıxış etdi - FOTOLAR
- 19:16 "Müctəba Xamenei atasının yolu ilə gedir" - Netanyahu
- 19:15 "Ukrayna münaqişəsi sona yaxınlaşır" - Putinin köməkçisi
- 18:53 Ermənistan sülh müqaviləsinin imzalanması prosesini niyə ləngidir?
- 18:33 Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - FOTOLAR
- 18:14 Hazırda 25 yolda tıxac var - SİYAHI
- 17:55 Ombudsman XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində iştirak etdi - FOTOLAR
- 17:52 Əziz Yıldırımın “Slaviya Praqa-Fənərbağça” oyununu həyəcanla izləməsi viral oldu - VİDEO
- 17:50 Azərbaycana qripə qarşı vaksinlər gətirildi
- 17:45 Bu marşrutların hərəkət sxemi dəyişdirildi
- 17:42 Rusiya Latviyaya nota verdi
- 17:40 Bu yol təmirə bağlanır - XƏBƏRDARLIQ
- 17:35 İstanbulda silahlı hücum - Ölən və yaralananlar var
- 17:35 Autizmli uşaqlar Dəmiryol Muzeyində oldular - FOTOLAR
- 17:30 “Qarabağ”ın “Sabah”la bağlı paylaşımı müzakirələr yaratdı – VİDEO
- 17:23 Prezident bu sazişi təsdiq etdi
- 17:18 Rusiyadan Ukraynaya HÜCUM - 5 nəfər öldü, 56 nəfər yaralandı
- 17:18 “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
- 17:15 Qırğızıstanla müttəfiqlik müqaviləsi təsdiq edildi
- 17:08 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırıldı
- 17:00 Bakıda evdə soyuducuya görə dava - 65 yaşlı kişi gəlinini döydü
- 16:53 “Qalatasaray” azarkeşlərinə xəbərdarlıq etdi
- 16:51 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı
- 16:46 “Brain Academy”də 2 yaşlı autizmli uşaq döyüldü – VİDEO
- 16:40 Kirayə mənzil almaq qaydaları dəyişdi
- 16:35 Sərxoş vəziyyətdə arvadını döyən ər hakim qarşısına çıxarıldı
- 16:30 Gecə yemək vərdişi təhlükə yaradır - Qaraciyər xəstəlikləri riski 30 faiz artır
- 16:27 İcra başçısı 3 vəzifəli şəxsi işdən çıxardı
- 16:08 Firuzə İbadova 2 aydır yataqdan qalxmır - VİDEO
- 16:01 NATO Qara dənizə əlavə qüvvələr göndərir
- 16:00 Bakıda yeni mikrorayon salınacaq - VİDEO