“Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Ölkəmizin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti isə xüsusi önəm daşıyır”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkilinin fikrincə, Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır. “Bu baxımdan cənab Prezident İlham Əliyevin avqustun 22-də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri də mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, həmin tarixdə Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Zirvə Görüşü keçirilib.”
K.Qafarov bildirib ki, Türkmənbaşı Sammitində əldə olunan razılaşmalar və imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə olacaq: “ Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə və möhkəm əsaslar üzərində qurulması Üçtərəfli Zirvə Görüşünün effektivliyini artıran əsas amillərdən biri kimi dəyərləndirilir. Cənab Prezident İlham Əliyevin Sammitin yekunlarına dair mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, hazırda Azərbaycanın həm Özbəkistan, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Cari ilin iyul ayında Türkmənistan Xalq Məsləhətinin sədri dövlət başçımızın dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. İki gün ərzində aparılan müzakirələr göstərdi ki, bir çox məsələlərdə ölkə rəhbərlərinin mövqeləri üst-üstə düşür. Füzulidə olarkən Qurbanqulu Məlikquliyeviçin burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürdüyünü xatırladan cənab Prezident İlham Əliyev bunu türkmən xalqının, Türkmənistan Liderinin Azərbaycan xalqına, Azərbaycana olan dəstəyinin nümunəsi, qardaşlığın təcəssümü kimi qiymətləndirdi. Cənab Prezident əmin olduğunu bildirdi ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək. Əlbəttə ki, Sammitin gedişində əldə olunmuş razılaşmaların nəticələri olaraq Azərbaycan və Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol və Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu kimi mühüm sənədlərin imzalanması da üç qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə olacaq.”
K.Qafarov Özbəkistanla dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “Cənab Prezident İlham Əliyevin bəyanatında Azərbaycan-Özbəkistan əlaqələrinin səmimi dostluq münasibətləri üzərində qurulduğu xüsusi qeyd olundu. Dövlətimizin başçısı bu gün Xankəndidə Özbəkistanın inşa etdiyi böyük tikiş fabrikinin fəaliyyət göstərdiyini xatırlatdı. Qeyd olundu ki, bu, Azərbaycana- dirçələn Qarabağ bölgəsinə qardaş özbək xalqından çox böyük hədiyyədir. Özbəkistanın ilk qardaşlıq hədiyyəsi isə, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik orta məktəbin inşası olmuşdur. Əminliklə demək olar ki, Azərbaycan-Türkmənistan-Özbəkistan əlaqələri bundan sonra da səmimi dostluq və qardaşlıq münasibətləri əsasında inkişafda olacaq və hər üç ölkənin xalqlarının rifahına xidmət edəcəkdir”.
“Azərbaycan, Türkmənistan və Özbəkistan üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir”
14:26 - 25 Avqust 2025
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
01 Noyabr 2025 - 20:32
İsrail səfirindən Qarabağ paylaşımı
01 Noyabr 2025 - 19:22
Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarıldı
01 Noyabr 2025 - 17:23
Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto PAYLAŞDI
01 Noyabr 2025 - 16:57
Sahibə Qafarova Misirdədir - FOTO
01 Noyabr 2025 - 13:51
Allahşükür Paşazadə Roma Papası ilə görüşdü - FOTOLAR
01 Noyabr 2025 - 13:28
Vilayət Eyvazov Kürdəmirdə sıra baxışı keçirdi - VİDEO/FOTO
01 Noyabr 2025 - 11:15
İlham Əliyev həmkarını təbrik etdi
01 Noyabr 2025 - 09:03
Hikmət Hacıyevdən diplomatların səfəri ilə bağlı PAYLAŞIM
31 Oktyabr 2025 - 23:37
Azərbaycanla Britaniya arasında konsulluq məsləhətləşmələri keçirildi
31 Oktyabr 2025 - 22:38
Slovakiya səfiri Azərbaycana təşəkkür etdi
31 Oktyabr 2025 - 20:28
Ərdoğanın Bakıda Zəfər paradında iştirakı nəzərdə tutulur
31 Oktyabr 2025 - 19:49
Türkiyəli nazir müavini Azərbaycanda səfərdədir
Xəbər xətti
- 03 Noyabr 2025
- 01:00 Almaniya DİN ölkədə yüksək terror təhlükəsi barədə xəbərdarlıq etdi
- 00:30 Göygöldə avtomobil aşdı - Ölən və yaralananlar var
- 02 Noyabr 2025
- 23:58 Hindistan ən ağır hərbi rabitə peykini kosmosa çıxardı
- 23:36 Ermənistanda katolikos II Qareginin qardaşı saxlanıldı
- 23:15 “Fənərbağça” “Beşiktaş”a qalib gəldi
- 22:54 Zelenski Mertsə təşəkkür etdi
- 22:32 ABŞ-də əyləncə mərasimində atışma - Yaralılar var
- 22:09 Daşkəsəndə qəza - İki qardaş xəstəxanalıq oldu
- 21:43 Almaniyada quş qripinin daha yoluxucu növü yayıldı
- 21:28 Xəzər dənizində zəlzələ oldu
- 21:07 Gürcüstan-Ermənistan sərhədində zəlzələ oldu
- 20:50 Razi Nurullayevin köməkçisi vəfat etdi
- 20:34 Leyla Əliyeva inklüziv rəqs tamaşasını izlədi - FOTOLAR
- 20:15 Sumqayıtda gənc oğlan bıçaqlandı
- 20:00 Paşinyan yeni imicdə - Video
- 19:40 Sumqayıtda yaşayış binasında YANĞIN
- 19:21 Türkiyə və İraq arasında tarixi su anlaşması imzalandı
- 19:07 İran iki həftəyə nüvə silahı yarada bilər - İran rəsmisi
- 18:50 Yamaykada qasırğa - Ölənlərin sayı 28 nəfərə çatdı
- 18:36 Bakı-Sumqayıt yolunda ağır qəza - Mazut yola dağıldı
- 18:17 Bu ölkənin dövlət borcu 20 ildə üç dəfə artdı
- 18:00 Azərbaycanlı hakim “Arsenal”ın oyununu idarə edəcək
- 17:45 Ermənistanda avtobus qəzası- 18 nəfər xəsarət aldı
- 17:30 Arda Güler "Fənərbağça"ya daha iki milyon avro qazandırdı
- 17:15 Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi - FOTOLAR
- 16:56 Türkiyədə zəlzələ oldu
- 16:38 Biləsuvarda pambıq sahəsində yanğın oldu
- 16:20 Nəqliyyat vasitəsini qaçıran şəxs saxlanıldı
- 16:05 Sabah hava meteohəssas insanlar üçün necə olacaq?
- 15:50 Sabah bəzi magistral yollarda görmə məhdudlaşacaq
- 15:30 Azərbaycanlı bloqerin Rusiyadakı evi borc səbəbindən satılacaq
- 15:16 Sumqayıt və Binəqədidə oğurluq edənlər saxlanıldı
- 15:00 Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır
- 14:40 “4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirilib - FOTO
- 14:30 Bakıda V “Qələbə qaçışı” yarışı keçirilib - FOTO
- 14:10 Bakı metrosunda ödənişlə bağlı YENİLİK
- 14:00 Salyanda “Haval” markalı minik avtomobili yanıb
- 13:46 Sumqayıtda avtomobil kanala düşdü - Xəsarət alanlar var / FOTO
- 13:42 Temu istifadəçilərinə PİS XƏBƏR
- 13:25 Siqaret çəkənlərin NƏZƏRİNƏ - Hansı halda cərimələnə bilərsiniz?
- 13:10 Türkiyədə zəlzələ oldu
- 12:50 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
- 12:33 Süni intellekt sürətlə inkişaf edir - Fəsadları olacaq
- 12:15 Hamının istifadə etdiyi məşhur iynə görün hansı XƏSTƏLİYİ YARADIRMIŞ
- 12:00 McDonald’s əməkdaşından qalmaqallı ETİRAF - “Bu məhsulları yeməyin!”
- 11:38 Binadan yıxılaraq ölən İlqarın FOTOSU
- 11:18 İsmayıllıda maşınlar toqquşdu - Ölən var
- 11:08 Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR
- 10:35 İçərişəhərdə Zeytun Festivalı davam edir - FOTO
- 10:15 "Bolt"un sürücüsü maşını polis şöbəsinə sürdü - Zaqatalada maraqlı hadisə
- 10:00 “ChatGPT” daha bu mövzularda kömək edə bilməyəcək