Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Manset.az xəbər verir ki, sənədə əsasən, nazirliyin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Adil Ələsgər oğlu Abdullayevə
polkovnik Əşrəf Məmməd oğlu Qasımova
polkovnik Raul Süleyman oğlu Zeynalova.