Bu nazirliyin Aparat rəhbəri İŞDƏN ÇIXARILDI - FOTO

15:37 - 29 Dekabr 2021

Bu nazirliyin Aparat rəhbəri İŞDƏN ÇIXARILDI - FOTO

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb.

Manset.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat paylaşıb.

V.Eyvazzadə fəaliyyətini digər istiqamətlərdə fərqli statusda davam etdirəcəyini açıqlayıb: "Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik".

Qeyd edək ki, o bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az