Təbrizdəki Baş Konsulluq tam tərkibdə təxliyə olundu

10:05 - 07 Mart 2026

Təbrizdəki Baş Konsulluq tam tərkibdə təxliyə olundu

Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunun heyətinin təxliyəsi başa çatıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

    Ayxan Hacızadə qeyd edib ki, Tehrandakı səfirliyimizin heyətinin isə böyük hissəsi təxliyə edilib.

    Qeyd edək ki, dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının təxliyəsi ilə bağlı tapşırıqlar verildiyini bəyan edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az