Yasamalda silsilə idman yarışlarına start verildi - FOTOLAR

17:30 - 16 Aprel 2026

Yasamalda silsilə idman yarışlarına start verildi - FOTOLAR
  • Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışlarına start verilib.

 

Manset.az xəbər verir ki, bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində “dama” idman növü üzrə yarış baş tutub.

Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarış iştirakçılarını salamlayaraq tədbiri açıq elan edən Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan bəhs edib. İsrayıl İsgənədərov yarış iştirakçılara uğurlar arzu edərək çıxış üçün sözü Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verib.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Kollecin direkotu Amalya Sezgin, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti bu sahənin inkişafının təməlini təşkil etmişdir. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin idmana göstərdiyi diqqət və qayğı ölkədə sağlam cəmiyyətin formalaşmasına xidmət edir. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. Onların qazandığı uğurlar gənclərə örnək olur və onları daha da ruhlandırır. Azərbaycanda idmanın inkişafı üçün müasir infrastruktur yaradılıb. Yeni idman qurğuları və təlim-məşq bazaları bölgələrdə də fəaliyyət göstərir. İdman yalnız fiziki inkişaf deyil, eyni zamanda mənəvi tərbiyənin də vasitəsidir. Azərbaycanda idman siyasəti hərtərəfli və məqsədyönlü şəkildə həyata keçirilir. Ulu öndər Heydər Əliyevin "İdman Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir" fikri bu gün də aktuallığını qoruyur. Prezident İlham Əliyevin rəhbərliyi ilə idman ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsinə xidmət edir ki, bütün bu addımlar nəticəsində Azərbaycan dünya miqyasında nümunəvi idman ölkəsinə çevrilmişdir. Sonda çıxışçılar yarış iştirakçılarına uğurlar arzu ediblər.

Yarışın sonunda qalib komandanların üzvlərinə müvafiq olaraq diplom və medallar təqdim edilib.

Sonda xatirə şəkilləri çəkdirilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az