Rəsmi Tehran Azərbaycanın İrana dəstəyini yüksək qiymətləndirir

14:54 - 18 Aprel 2026

Rəsmi Tehran Azərbaycanın İrana dəstəyini yüksək qiymətləndirir

Azərbaycanla münasibətimiz çox yaxşıdır.


Manset.az APA-ya istinadən xəbər verir ki, bunu V Antalya Diplomatiya Forumunda iştirak edən İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə jurnalistlərə deyib.

    XİN rəhbərinin müavini regionda bir sıra ölkələrin, o cümlədən Azərbaycanın İrana dəstəyini və həmrəyliyini yüksək qiymətləndirdiklərini qeyd edib: "Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var. İran Prezidenti Məsud Pezeşkian və Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan telefon danışığı zamanı bu xoş münasibətlərin davam edəcəyi bir daha təsdiqlənib".

    O, Azərbaycan xalqına və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az