Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov iki ölkə arasında münasibətləri müzakirə ediblər.
Manset.az xəbər verir ki, bu barədə slovakiyalı səfir görüşün yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.
"Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksək səviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm", - o yazıb.
Had a productive meeting today with @HikmetHajiyev, Assistant to the President of the Republic of 🇦🇿 and Head of the Foreign Policy Affairs Department of the Presidential Administration. 🇸🇰🤝🇦🇿
— Elčin Gasymov (@GasymovElcin) April 23, 2026
We positively assessed the excellent level of bilateral relations between 🇸🇰 and 🇦🇿.… pic.twitter.com/gUlSzABaDN