Ombudsmanın nümayəndələri repatriantlarla görüşdü

15:05 - 24 Aprel 2026

Ombudsmanın nümayəndələri repatriantlarla görüşdü

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə   Əliyeva  tərəfindən repatriantların hüquqlarının müdafiəsi istiqamətində tədbirlər davam etdirilir.


Manset.az xəbər verir ki, 2026-cı il 21 aprel tarixində Suriya Ərəb Respublikasının münaqişə bölgəsində yaşamış 5 nəfər (2 qadın və 3  uşaq) Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Ombudsmanın nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilmiş həmin repatriantlarla görüş keçirib, müəssisə tərəfindən zəruri məlumatlar əldə ediblər.

Görüş   zamanı   repatriantların ehtiyacları və hüquqlarının təmini vəziyyəti qiymətləndirilib, onlara Müvəkkilin mandatı və hüquqlarının müdafiəsi mexanizmləri barədə ətraflı məlumat verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az