Bu şəxslərin baqajları gömrükdə yoxlanılmayacaq

14:17 - 29 Aprel 2026

Bu şəxslərin baqajları gömrükdə yoxlanılmayacaq

Birinci vitse-prezident və vitse-prezidentlərin baqajları gömrükdə yoxlanılmayacaq.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycanın Birinci vitse-prezidentinin və vitse-prezidentlərinin, Baş nazirinin, onun müavinlərinin, müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinin, Milli Məclis deputatlarının və İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) şəxsi baqajları gömrük yoxlamasından azaddır.

Həmçinin xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azaddır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az