"Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır"

15:59 - 01 May 2026

\"Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır\"

"Mina təhlükəsi Azərbaycan üçün ciddi çağırış olaraq qalır".


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələri qarşısında çıxış edərkən bildirib.

"Bunlar (minalar - red.) bu ərazilərdə torpağın altına yerləşdirilmiş gizli təhlükədir. Gördüyünüz kimi, buranın gözəl təbiəti var, lakin, təəssüf ki, mina təhlükəsi səbəbindən bir sıra rayonlara çıxışımız yoxdur", - o deyib və qeyd edib ki, Azərbaycan torpaqlarının işğalı dövründə bu ərazilərdə 1,5 milyondan çox mina basdırılıb.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan ərazisinin, demək olar ki, 12–13 %-i minalarla çirklənib.

"Hər il (minatəmizləməyə - red.) əhəmiyyətli maliyyə resursları ayrılır, lakin bu iş böyük insan cəsarəti tələb edir. Başqa yol yoxdur - əraziyə yalnız mütəxəssislər çıxır və addım-addım minatəmizləmə işlərini həyata keçirirlər", - o qeyd edib.

Prezidentin köməkçisi xatırladıb ki, 2020-ci ildən bəri mina partlayışları nəticəsində həlak olan və yaralananların sayı artmaqda davam edir:

"Bu günə olan vəziyyətə görə, 450-dən çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində həlak olub və ya yaralanıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az