Maliyyə Monitorinqi Xidmətində yeni kadr təyinatı həyata keçirilib.
Manset.az xəbər verir ki, qurumun Aparat rəhbəri vəzifəsinə Rauf Namazov təyin olunub.
Məlumata görə, R. Namazov Maliyyə Monitorinqi Xidmətində Məlumatların təhlili departamentinin direktor müavini olub.
R.Namazov maliyyə monitorinqi və uyğunluq sahəsində uzun illər fəaliyyət göstərib. O, həmçinin uzun illər vergi orqanlarında çalışıb.