Ombudsman Aparatında Ulu Öndər anıldı - FOTO

15:35 - 08 May 2026

Ombudsman Aparatında Ulu Öndər anıldı - FOTO

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə anım tədbiri təşkil olunub.


Manset.az xəbər verir ki, Ombudsman Səbinə Əliyeva və Aparatın kollektivi Hökumət evində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini əbədiləşdirmək üçün ucaldılmış büstü ziyarət edib, büstün önünə əklil qoyulub.

Ombudsman çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlişi ilə ölkəmizdə gərgin siyasi-ictimai vəziyyətin aradan qaldırıldığını, bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti kursun əsasının qoyulduğunu bildirib, respublikamızın hərtərəfli inkişafı istiqamətində kompleks islahatların aparıldığını qeyd edib.

Müvəkkil Ulu Öndərin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafında, eləcə də vətəndaşlarımızın hüquq və azadlıqlarının təmini və müdafiəsi də daxil olmaqla, bütün sahələrdə görülən işlərdən, mötəbər tribunalardan Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində atdığı addımlardan danışıb.

Səbinə Əliyeva Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm institutların, o cümlədən Azərbaycanın Ombudsman təsisatının yaradıldığını diqqətə çatdırıb.

Sonra Ombudsman Aparatının əməkdaşı Araz Əsgərli Ulu Öndərin Azərbaycan xalqı qarşısında xilaskar missiyası mövzusunda çıxış edib.

Ombudsman Aparatının əməkdaşları Ulu Öndər Heydər Əliyevin zəngin həyatından bəhs edən fotoşəkillərlə, eləcə də xüsusi stendlə tanış olublar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az