"Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib" - XİN

10:14 - 09 May 2026

\"Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib\" - XİN

Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib.


Manset.az xəbər verir ki, bu barədə XİN-in X-dəki hesabında paylaşım olunub.

"Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik.

Azərbaycan xalqı İkinci Dünya Müharibəsi zamanı böyük fədakarlıq nümayiş etdirib, həm ön cəbhədə, həm də arxa cəbhədə faşizm üzərində qələbəyə mühüm töhfə verib.

Müharibə zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsini yad edir, veteranlarımıza möhkəm cansağlığı və uzun ömür arzulayırıq", - paylaşımda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az