Azərbaycanda 2 institut yaradıldı

15:33 - 14 May 2026

Azərbaycanda 2 institut yaradıldı

Elm və Təhsil Nazirliyinin tabeliyində Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu, həmçinin Tətbiqi Elmlər İnstitutu yaradılıb.


Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik publik hüquqi şəxs statuslu aşağıdakı elmi müəssisələr yaradılıb:

- Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu;

- Tətbiqi Elmlər İnstitutu.

Nazirlər Kabinetinə publik hüquqi şəxslərin yenidən təşkili və ləğv edilməsi, Elm və Təhsil Nazirliyinə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi, eləcə də nizamnamələrin iki ay müddətində təsdiq edilməsi həvalə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az