"Dənizkənarı bulvarının uzunluğu 25 kilometrə çatdırılacaq"

16:06 - 19 May 2026

\"Dənizkənarı bulvarının uzunluğu 25 kilometrə çatdırılacaq\"

"Bakının dənizkənarı bulvarının uzunluğu son illərdə 3 kilometrdən 17 kilometrə çatdırılıb".


Manset.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.

O bildirib ki, gələcəkdə bulvarın 25 kilometrə qədər uzadılması planlaşdırılır:

"Bakı hazırda dünyanın ən təhlükəsiz və dinamik inkişaf edən şəhərlərindən biridir. Prezident İlham Əliyevin siyasəti nəticəsində paytaxt çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Şəhərdə müasir turizm infrastrukturu formalaşıb. Əgər 2003-cü ildə Bakıda cəmi 22 hotel fəaliyyət göstərirdisə, hazırda onların sayı 12 dəfə artıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az