“Azərbaycan dünyaya yenidən qurmaq bacarığını göstərdi”

16:25 - 22 May 2026

“Azərbaycan dünyaya yenidən qurmaq bacarığını göstərdi”

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurla təşkilində mühüm rol oynadığını bildirib.


Manset.az xəbər verir ki, o, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində deyib.

    O, Azərbaycanın dayanıqlılığını, qətiyyətini və forumun təşkilinə göstərdiyi yüksək səviyyəli öhdəliyi xüsusi vurğulayıb.

    “Azərbaycan dünyaya təkcə qurmaq deyil, həm də yenidən qurmaq və transformasiya etmək bacarığını göstərdi”, – Rossbax qeyd edib.

    UN-Habitat rəhbəri bildirib ki, son iki il ərzində Azərbaycan forumun məzmunlu, innovativ və təsirli şəkildə keçirilməsi üçün yorulmadan çalışıb.

    Rossbax həmçinin forumun təşkilində iştirak edən dövlət qurumlarına, BMT əməkdaşlarına, könüllülərə, xidmət təminatçılarına, tərəfdaşlara və media nümayəndələrinə təşəkkür edib.

    O vurğulayıb ki, Bakıdan verilən çağırışın bütün dünyaya çatdırılması vacibdir və qlobal şəhər icması əldə olunan bilik, təcrübə və ideyalardan faydalanmalıdır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az