Manset.az-ın Kənd təsərrüfatını tənqidi qərəzli deyildi - Prezidentdən SƏRT İRADLAR

18:30 - 25 May 2026

Manset.az-ın Kənd təsərrüfatını tənqidi qərəzli deyildi - Prezidentdən SƏRT İRADLAR

Prezident İlham Əliyev son vaxtlar kənd təsərrüfatı istehsalında dinamikanın onu qane etmədiyini bildirib.


Manset.az xəbər verir ki, bu barədə dövlət başçısı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.

"Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verilib ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir", - Prezident qeyd edib.

Onu da qeyd edək ki, ötən müddətdə Manset.az xəbər portalı Kənd Təsərrüfatı Nazirliyini bir neçə dəfə kəskin tənqid edib. Bununla bağlı saytımızda materiallar hazırlanıb, reportajlar yayımlanıb. Portalımız dabaq xəstəliyi ilə bağlı məsələləri öz resursları, çoxsaylı sosial şəbəkə hesabları və xəbər platforması vasitəsilə gündəmə gətirərək ictimailəşdirib. Prezident İlham Əliyevin bu gün kənd təsərrüfatı nazirliyi ilə bağlı qaldırdığı problemlər göstərir ki, Manset.az xəbər portalının yayımladığı materiallar əsaslı olub və verilən məlumatlar qərəzli deyildi..

Xəbərlərin linkləri:

https://www.manset.az/ozel/152446/dabaq-xesteliyi-olkeni-burudu-azerbaycani-ucuruma-aparan-nazirlik-hara-baxirnbsp

https://www.manset.az/ozel/155357/kend-teserrufati-nazirliyinin-gecikmis-dabaq-tedbiri-milyonlar-xerclenecek

https://www.manset.az/ozel/155946/kend-teserrufati-iscilerinin-sonuk-bayrami-xestelikler-naraziliqlar

https://www.manset.az/ozel/157614/hami-onu-gozleyirdi-mecnun-memmedov-yuxudan-ayildi

İnanırıq ki, bütün bu proseslər fonunda nazirlik və şəxsən nazir Məcnun Məmmədov öz işini daha düzgün təşkil edə biləcək, Azərbaycanın kənd təsərrüfatı inkişaf edəcək.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az