Ceyhun Bayramov İshaq Darla görüşdü

22:52 - 26 May 2026

Ceyhun Bayramov İshaq Darla görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda işgüzar səfər çərçivəsində Pakistan İslam Respublikasının baş nazir müavini və xarici işlər naziri İshaq Dar ilə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" səhifəsində paylaşılıb.

Görüşdə tərəflər Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivlərini müzakirə ediblər, iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoq və qardaşlıq münasibətlərinin önəmi vurğulanıb.

Həmçinin iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, müdafiə sənayesi, humanitar sahələr və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az