“Mənim qızımı niyə gətirməmisən, görərdim” - VİDEO

16:53 - 28 May 2026

“Mənim qızımı niyə gətirməmisən, görərdim” - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sakinlərlə görüş zamanı dövlət başçısının ağbirçək qadınla olan dialoqu maraqla qarşılanıb.

Həmin dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: Salaməleyküm.

Ağbirçək qadın: Sənə qurban olum, sənin başına dönüm. Nə yaxşı gəlmisən. Bu qapımız Sənin üzünə açıqdır.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma vətəninizə.

Ağbirçək qadın: Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.

Prezident İlham Əliyev: Onun da salamı var sizə.

Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.

Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz.

Ağbirçək qadın: Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib. Allah Səni min yaşatsın. Üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Çox sağ olun, sağ olun. Siz də xoşbəxt yaşayın burada, doğma Qarabağ torpağında.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az