Azərbaycanın Portuqaliyada Səfirliyi açılır?

12:15 - 08 İyun 2026

Azərbaycanın Portuqaliyada Səfirliyi açılır?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsini parlamentin növbədənkənar iclasına tövsiyə edib.


Manset.az xəbər verir ki, bununla bağlı komitənin iclası keçirilib.

Komitədə diqqətə çatdırılıb ki, "Azərbaycan Respublikasının Portuqaliya Respublikasında Səfirliyin təsis edilməsi haqqında" qanun layihəsinə əsasən inzibati bina Lissabon şəhərində olacaq.

Layihə komitə iclasında qəbul edilərək növbədənkənar iclasa tövsiyə edilib.

Qeyd edək ki, Portuqaliya Prezidenti Antoniu Joze Sequru iyunun 5-də azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Bakıda və Azərbaycanın Lissabonda səfirliyinin açılmasını iki tərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az