logo
logo logo
logo

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni idarələr yaradılacaq 

20:34 - 10 İyun 2026

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yeni idarələr yaradılacaq 

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun optimallaşdırılması və onun fəaliyyətində səmərəliliyin artırılması məqsədilə bəzi qərarlar alınıb.


Manset.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan MənzilKooperativ Təsərrüfatı İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Ticarət və Xidmət Departamenti, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi yaradılacaq.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az