logo
logo logo
logo

Azərbaycanın Özbəkistandakı səfiri kim olacaq? 

15:38 - 25 İyun 2026

Azərbaycanın Özbəkistandakı səfiri kim olacaq? 

Xəbər verdiyimiz kimi, 2012-ci ildən Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Hüseyn Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə diplomatik missiyasını başa vuraraq geri çağırılıb.


Manset.az hazırda qardaş Özbəkistanda Azərbaycanın diplomatik missiyasına kimin rəhbərlik edəcəyi ilə bağlı ehtimalları təqdim edir.

Nəzərə alsaq ki, bu günlərdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da diplomatik missiyası başa çatacaq və onun fəaliyyəti uğurlu qiymətləndirilib. Belə qənaətə gəlmək olar ki, Azərbaycanın Özbəkistandakı səfir postuna məhz onun təyin olunması ehtimallar sırasındadır. Böyük ehtimalla, yaxın günlərdə Rəşad Məmmədov Azərbaycanın Özbəkistandakı səfiri təyin edilə bilər.

Bəs bu halda qardaş Türkiyədə Azərbaycanın diplomatik missiyasını kim yerinə yetirəcək?

Hazırkı mərhələdə həm Türkiyə, həm də Özbəkistan Azərbaycan üçün mühüm strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hər iki qardaş ölkə ilə münasibətlər tarixinin ən yüksək səviyyəsinə yüksəlib. Bu baxımdan, Türkiyədə Azərbaycanı təmsil edəcək yeni səfirin kim olacağı da maraq doğurur.

Belə qənaətə gəlmək olar ki,  Azərbaycanın Türkiyədəki səfiri vəzifəsinə Avropa ölkələrində, xüsusilə də böyük dövlətlərdə fəaliyyət göstərən diplomatlarımızdan biri təyin oluna bilər. Yaxın vaxtlarda Azərbaycanın Türkiyədəki yeni səfirinin kim olacağına da aydınlıq gələcəyi gözlənilir. Böyük ehtimalla, seçim məhz Avropada mühüm diplomatik təcrübə qazanmış səfirlərdən birinin üzərində dayanacaq.


Manşet.az 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az