logo
logo logo
logo

Hikmət Hacıyev Bakıda fransalı həmkarı ilə görüşdü

16:15 - 25 İyun 2026

Hikmət Hacıyev Bakıda fransalı həmkarı ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında bildirib.

O qeyd edib ki, görüş zamanı ötən ay Prezident İlham Əliyev ilə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı fonunda bir sıra məsələlər müzakirə edilib:

"Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq".



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az