logo
logo logo
logo

Paytaxtda şəhərsalma nəzarəti gücləndiriləcək

16:08 - 09 İyul 2026

Paytaxtda şəhərsalma nəzarəti gücləndiriləcək

İyulun 9-da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində 2026-cı ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş müşavirə keçirilib.


Manset.az xəbər verir ki, müşavirədə paytaxtda həyata keçirilən şəhərsalma layihələrinin gedişi, şəhərsalma nəzarətinin nəticələri, özbaşına tikililərlə mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov çıxışında bildirib ki, şəhərsalma sahəsində nəzarətin gücləndirilməsi, özbaşına tikililərin qarşısının vaxtında alınması və layihələrin şəhərin Baş planına uyğun həyata keçirilməsi Bakı şəhərinin dayanıqlı inkişafı baxımından əsas prioritetlərdəndir.

Müşavirənin yekununda ikinci yarımillik üzrə prioritet vəzifələr müəyyənləşdirilib, şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, özbaşına tikililərlə mübarizənin davam etdirilməsi və vətəndaş məmnunluğunun artırılması ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az