logo
logo logo
logo

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşdü

18:27 - 13 İyul 2026

Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşdü

Baş nazir Əli Əsədov iyulun 13-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Yan Sonders ilə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycanla ÜGT arasında uzunmüddətli və səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanın gömrük sistemində həyata keçirilən ardıcıl islahatlar barədə bəhs olunub, bu baxımdan beynəlxalq standartların tətbiqi istiqamətində ÜGT ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının modernləşdirilməsi və qlobal təchizat zəncirlərinin dayanıqlılığının təmin olunması ilə bağlı həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin regional və beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində gömrük əməkdaşlığının genişləndirilməsi, xüsusilə də Orta Dəhlizin inkişafı və tranzit potensialının gücləndirilməsi məsələlərinə toxunulub.

Görüş zamanı Azərbaycanla ÜGT arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov görüşdə iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az