logo
logo logo
logo

Türk dünyasının fəxri ziyalısı

10:51 - 15 İyul 2026

Türk dünyasının fəxri ziyalısı

Görkəmli Azərbaycan alimi, akademik Əhəd Canəhmədov “Türk dünyasının Fəxri Ziyalısı” ("Türk Dünyasının Fahri Aydını") fəxri adına layiq görülüb.


2026-cı ilin iyun ayında Türk dünyasının elm və təhsil mühitində ölkəmizin elm ictimaiyyəti üçün mühüm və qürurverici bir hadisə baş vermişdir. Türkiyə Respublikasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası (Türkiyə Cümhuriyyəti Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisi) tərəfindən Azərbaycanın görkəmli alimi, texnika elmləri doktoru, professor, akademikƏhəd Canəhmədova "Türk Dünyasının Fahri Aydını" fəxri adı verilib. Bu mükafat alimin türk dünyası elminə və təhsilinə verdiyi fundamental töhfələrin rəsmi və beynəlxalq səviyyədə növbəti təsdiqidir.

Bu mötəbər mükafat Türkiyə Respublikasının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Elmi Şurasının və Mükafat Komitəsinin qərarı ilə təqdim olunur. Sözügedən fəxri ad türk dünyasının, eləcə də qlobal miqyasda elmin, mədəniyyətin, təhsilin inkişafında müstəsna xidmətləri olan, əsərləri və ixtiraları ilə bəşəriyyətə fayda verən tanınmış alimlərə, mütəfəkkirlərə və filosoflara verilir. Mükafata layiq görülən şəxslər öz fundamental tədqiqatları ilə dünya miqyasında qəbul olunmuş elm adamlarının sırasından seçilir. Elmi fəaliyyətində sadalanan bu göstəricilərin əksəriyyətinə imza atmış akademik Əhəd Canəhmədov, həm də   Türk dünyasında elm və təhsil sahəsində müstəsna xidmətlər göstərir.

Azərbaycanlı alim Türk dövlətləri arasında elmi inteqrasiyanı və birgə araşdırmaları təşviq edən layihələrin həyata keçirilməsində, yüksək ixtisaslı elmi kadrların (magistr, fəlsəfə doktoru və elmlər doktoru) yetişdirilməsində çoxillik səmərəli pedaqoji fəaliyyətinə, Beynəlxalq elmi jurnallarda və qlobal bazalarda indekslənən mühüm elmi kəşflərin, dərsliklərin və monoqrafiyaların müəllifi olduğuna, Türk xalqlarının elmi potensialını beynəlxalq arenada uğurla təmsil etdiyinə görə bu yüksək fəxri ada layiq görülüb.

Bu ali mükafatın laureatı olaraq Beynəlxalq Akademik Status qazanan akademik Əhəd Canəhmədov türk dünyasının akademik elmi elitasının rəsmi üzvü və fəxri aydını statusunu qazanır. Bununla belə beynəlxalq elmi layihələrdə, ekspert komissiyalarında və Türk Dünyası Elmlər Akademiyasının təşkil etdiyi qlobal konfranslarda səsvermə və təmsilçilik hüququ əldə edən alimimizin  rəhbərlik etdiyi elmi məktəbin də Türkiyə və digər Türk respublikalarının universitetləri ilə birbaşa əlaqələr qurmasına və ortaq layihələr həyata keçirməsinə geniş imkanlar açılır.

Mühəndislik, triobologiya, mexanika və maşınşünaslıq sahəsində dünya şöhrətli alim olan akademik Əhəd Canəhmədovun bu mükafata layiq görülməsi, onun təkcə Azərbaycanda deyil, bütün türk dünyasında elmi məktəb formalaşdıran bir mütəfəkkir olmasının bariz nümunəsidir. Alimin çoxsaylı patentləri, dərslikləri, monoqrafiyaları və yetişdirdiyi gənc alimlər ordusu bu mükafatın tam mənası ilə öz real və layiqli dəyərini tapdığını göstərir. Əhəd Canəhmədovun elmi fəaliyyəti öz arealını uğurla böyütməkdədir. Qeyd etmək lazımdır ki, akademikimizin "Türk Dünyasının Fahri Aydını" adına layiq görülməsi həm də bütövlükdə Azərbaycan elminin beynəlxalq uğurudur. Alimimizi bu Ali fəxri ad alması münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı və yeni elmi nailiyyətlər arzulayırıq!

Manset.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az